Türkiyədə Fətullahçı Terror Təşkilatına (FETÖ) üzv olmaqda şübhəli bilinən daha 6 min 800 polis işdən çıxarılacaq. Ucnoqta.az “Haber7”-yə istinadən xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyi işdən azad olunacaq polislərin siyahısını hazırlayıb.
Onların arasında müxtəlif rütbəli zabitlər də var.
Qeyd edək ki, iyulun 15-də FETÖ-nün dövlət çevirilişinə cəhddən sonra 2 min 360 polis işdən çıxarılmışdı.