"Türkiyə Ermənistanla sərhədlərini aça bilər". "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə "Hürriyet" qəzetinin yazarı Fatih Çekirge məqaləsində bildirib.
Jurnalistin yazdığına görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iyulun 14-15-də Azərbaycana səfərinin əsas məqsədi bu məsələni müzakirə etmək olub.