Basketbol üzrə Avropa çempionatının qrup mərhələsinin 5-ci turunda Yunanıstan yığmasına məğlub olan İspaniya millisi ilk dəfə turnirin pley-off mərhələsinə yüksələ bilməyib.
Ucnoqta.az xəbər verir ki, qarşılaşma 90:86 hesabı ilə yunan basketbolçularının xeyrinə başa çatıb.
Matçın ən məhsuldar basketbolçusu isə 25 xal toplayan Milli Basketbol Assosiasiyasının (NBA) “Miluoki” klubunun və Yunanıstan millisinin oyunçusu Cannis Antetokounmpo olub. O, həmçinin 14 ribaund və 9 məhsuldar ötürmə edib.
İspaniya millisi iki qələbə üç məğlubiyətlə qazanaraq C qrupunda sondan əvvəlki 5-ci yeri tutub. Gürcüstan yığması ilkin mərhələni eyni nəticə ilə başa vurub. Gürcüstan basketbolçuları ispanlar üzərində qələbə (83:69) sayəsində 1/8 finala yüksəliblər.
1/8 finalda Gürcüstan millisi Fransa yığması ilə qarşılaşacaq. Yunanıstan basketbolçuları C qrupunda birinci yeri tutub və pley-off mərhələsinin ilk mərhələsində İsrail komandası ilə qarşılaşacaqlar.