Ağdərədə yanğın törədən şəxslər saxlanılıblar

20:11 - 4 Sentyabr 2025 - ÖLKƏ İÇİ

Sentyabr 3-də Ağdərə rayonunun Ortatağ kəndində mürəkkəb reylefli dağlıq ərazidə yanğın törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Ucnoqta.az-a bildirilib ki, araşdırmalarla qaynaq işləri apararkən ehtiyasızlıqdan əməli törədən şəxslər - 56 yaşlı Elçin Bağırov, 38 yaşlı Xəyyam Ağayev və 27 yaşlı Asif Qəhrəmanov saxlanılıblar.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.

Xəbər xətti