Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin barəsində olan cinayət işi ilə bağlı ibtidai istintaq yekunlaşıb.
İş baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndəriləcək.
Qeyd edək ki, Hacı Vəliyev “Gənc Qazilər Birliyi” adlı dövlət qeydiyyatına alınmayan QHT təşkilatının sədri olub. O, bu ilin aprelində barəsində olan cinayət işi ilə əlaqədar saxlanılıb. H.Vəliyevə Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.///APA