Rumıniya Ukraynaya qoşun yeritməkdən imtina edib

00:14 - 5 Sentyabr 2025 - DÜNYA

Rumıniya Ukraynaya qoşun yeritməyəcək, lakin Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini dəstəkləyəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə sentyabrın 4-də Rumıniya prezidenti Nikuzor Dan Antena 1 telekanalına müsahibəsində bildirib.

"Burada, Rusiya ilə yanaşı olan bir çox ölkələr bizimlə eyni qərar verdilər. Ukraynaya adam göndərməmək. Bunun əvəzinə biz bazalarımızdan istifadə etməklə əməliyyatlara logistik dəstək göstərəcəyik", - Dan qeyd edib.

Rumıniya prezidenti həmçinin ABŞ-ı Rusiyaya qarşı sanksiyalara qoşulmağa çağırıb.

Xəbər xətti