Ali məktəblərə qəbul üçün ixtisas seçimi başlayır

09:23 - 11 Avqust 2025 - Cəmiyyət

Bu gün ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bütün ixtisas qrupları üzrə başlayır.

Dövlət İmtahan Mərkəzindən (DİM) Ucnoqta.az-a verilən məlumata görə, ixtisas seçimi avqustun 11-dən 19-dək olan müddətdə aparılacaq.

Qeyd edilib ki, bundan əlavə, cədvəldə verilmiş tarixlərdə rayon təhsil sektorlarında DİM-in əməkdaşları tərəfindən abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz kömək göstəriləcək.

Bölgələrdə Rayon Təhsil Sektorlarında və bəzi məktəblərdə fəaliyyət göstərəcək “Abituriyent Məsləhət Mərkəzləri”nin siyahısı ilə buradan tanış ola bilərsiniz.

Qeyd edək ki, ali təhsil müəssisələrinə ixtisas seçimi 11-19 avqust tarixlərində aparılacaq. “Abituriyentin elektron ixtisas seçimi ərizəsi” gün ərzində aktiv ediləcək.

Xəbər xətti