Barselona” – “Vilyarreal” matçı ABŞ-da keçirilə bilər

08:11 - 11 Avqust 2025 - İDMAN

Futbol üzrə İspaniya çempionatının “Barselona” – “Vilyarreal” matçı ABŞ-da keçirilə bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

Məlumata görə, görüşün Mayamidə (Florida) keçirilməsi planlaşdırılır. Qeyd olunur ki, bazar ertəsi İspaniya Kral Futbol Federasiyası bu təklifi müzakirə edəcək, lakin təşkilat bunu təsdiq edərsə, Beynəlxalq Futbol Federasiyası (FIFA) və Avropa Futbol Assosiasiyaları İttifaqından (UEFA) icazə almalı olacaq.

17-ci turun oyunu dekabrın 20-21-də Vilyarrealın doğma meydanında keçirilməlidir.

Xəbər xətti