ICE birjasında Brent markalı neftin qiyməti bahalaşıb
Ucnoqta.az ticarət məlumatlarına əsasən xəbər verir ki, Londonun ICE birjasında 2025-ci ilin oktyabrında çatdırılan Brent markalı neftin fyuçerslərinin qiyməti 14 iyul 2025-ci ildən bəri ilk dəfə bir barel üçün 71 dolları ötüb.
Məlumatlara əsasən, Brent markalı neftin qiyməti 0,87% artaraq bir barel üçün 71,01 dollar olub.
Həmçinin, 2025-ci ilin sentyabrında WTI markalı xam neftin fyuçersləri isə 1,46% artaraq bir barel üçün 67,58 dollara yüksəldi.