İran nüvə silahını husilərə ötürmək niyyətində idi - Netanyahu

20:46 - 15 İyun 2025 - DÜNYA

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, Tehran nüvə silahını müttəfiqlərinə, o cümlədən Yəmənin Ənsar Allah hərəkatındakı husilərə ötürmək niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, o, Fox News telekanalına müsahibəsində deyib.
"Biz İranın nüvə silahına sahib olmasına icazə verə bilmərik. Bundan əlavə, bizim kəşfiyyatımıza görə, onlar öz nüvə silahlarını husilərə və onların digər müttəfiqlərinə ötürmək niyyətindədirlər. Bu, qlobal miqyasda nüvə terrorizmidir, hamını təhdid edir", baş nazir vurğulayıb.

Xəbər xətti