İsrail 200-dən çox təyyarə ilə 100 hədəfə zərbə endirib

09:45 - 13 İyun 2025 - DÜNYA

İsrail Hərbi Hava Qüvvələrinə məxsus 200-dən çox döyüş təyyarəsi gecə ərzində İrandakı 100-dən çox hədəfə hücum edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. 

“Gecə ərzində 200-dən çox döyüş təyyarəsi dəqiq kəşfiyyat təlimatları əsasında İran boyu 100-dən çox hədəfə, o cümlədən İranın yüksək səviyyəli hərbi liderlərinin sığınacaqlarına hücum edib”, - bəyanatda deyilir.

Xəbər xətti