ABŞ dövlət başçısı Donald Tramp İranı nüvə silahından imtina etməyə çağırıb
Ucnoqta.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.
"Biz İranın nüvə probleminin diplomatik həllinə sadiq qalırıq! Mənim bütün administrasiyasıma İranla danışıqlar aparmaq tapşırılıb. Onlar böyük ölkə ola bilərlər, lakin ilk növbədə nüvə silahı əldə etmək ümidindən əl çəkməlidirlər. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirik!"