Meksikanın ABŞ-a polad idxalına 50% rüsum tətbiq edilən ölkələr siyahısından çıxarılmasına dair saziş yaxın vaxtlarda imzalana bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.
Məlumata görə, söhbət Latın Amerikası ölkəsindən metala olan ticarət tariflərinin tam ləğvindən getmir.
Yalnız "tarixi normadan aşağı həcmdə çatdırılma" rüsumsuz olacaq. Bu cür məhdudiyyətlərin Donald Trampın ilk prezidentlik dövründə (2017-2021) oxşar razılaşmanı qismən təkrarladığı, lakin sazişin hazırkı variantında məhdudiyyətlərin daha az sərt olacağı vurğulanır.