"WhatsApp"dan çoxdan gözlənilən YENİLİK

17:35 - 27 May 2025 - Cəmiyyət

“WhatsApp” veb istifadəçiləri uzun müddətdir əldən buraxdıqları aləti tezliklə əldə edəcəklər.

Ucnoqta.az xəbər verir ki, platforma faylların axtarışını, silinməsini və endirilməsini asanlaşdıracaq yeni media mərkəzinin yaradılması üzərində işləyir. Söhbət çatlarda alınan fotolar, videolar, GIF-lər, keçidlər və sənədlərdən gedir. Hazırda bu cür hərəkətlər telefonlarda yalnız məhdud formatda mümkündür.

Məlumata görə, yeni interfeys artıq beta versiyada sınaqdan keçirilib. Buraya tarix, fayl ölçüsü və imzadakı mətn üzrə filtrlər daxil olacaq. Siz həmçinin bir pəncərədə birdən çox element seçə, onları silə, yönləndirə yaxud saxlaya bilərsiniz.

Məqalə müəllifi yazır ki, bu, mobil versiyada mövcud alətlə müqayisədə əhəmiyyətli təkmilləşdirmədir. Telefon proqramında hazırda əsas "Yaddaşı idarə et" funksiyası var, lakin o, yalnışdır və dəqiq axtarışı yaxud toplu əməliyyatları dəstəkləmir.

Yenilik ilkin olaraq yalnız “WhatsApp”ın veb versiyasında görünəcək. Gələcəkdə o, smartfonlar üçün də əlçatan ola bilər. Yenilənmənin bütün istifadəçilərə tam olaraq nə vaxt çatacağı barədə hələlik heç bir məlumat yoxdur.///Lent.az

Xəbər xətti