Niderland Ukraynaya vəd etdiyi F-16 qırıcılarının son partiyasını göndərib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ümumilikdə Hollandiya Ukraynaya 24 qırıcı göndərib.
Qırıcıların son partiyasının göndərilməsini mayın 25-də Niderlandın müdafiə naziri Ruben Brekelmans elan edib. Onun sözlərinə görə, krallıq eyni sürətlə silah tədarükünü davam etdirir.