Bir gecədə 99 Ukrayna PUA-sı məhv edilib

08:29 - 27 May 2025 - DÜNYA

Gecədə Rusiya hava hücumundan müdafiə sistemləri Rusiyanın vilayətləri üzərində 99 Ukrayna pilotsuz uçan aparatını məhv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 56 PUA Belqorod vilayətinin ərazisi üzərində, 25 PUA Voronej vilayətinin ərazisi üzərində, 7 PUA Vladimir vilayətinin ərazisi üzərində, 5 PUA Kaluqa vilayətinin ərazisi üzərində, 4 PUA Tula vilayətinin ərazisi üzərində, 1 PUA isə Litvansk vilayətinin ərazisi üzərində zərərsizləşdirilib.

Xəbər xətti