Ərdoğan​​​​​​​ sabah Azərbaycana gəlir

13:26 - 27 May 2025 - Xəbər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfərə gələcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilir ki, Prezident Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Şahbaz Şərif sabah Laçın Beynəlxalq Hava Limanının açılışını edəcəklər.

Qeyd edək ki, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin də sabah Azərbaycana səfəri gözlənilir.

Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda inşa etdiyi üçüncü hava limanı olan Laçın Beynəlxalq Hava Limanı sabah keçiriləcək mərasimlə istifadəyə veriləcək.

Xəbər xətti