Gürcüstanın Müstəqillik Günü ilə əlaqədar Tbilisidə müxalifət nümayəndələri və onların tərəfdarları hökumət əleyhinə mitinq keçirib.
Ucnoqta.az xəbər verir ki, mitinqdən görüntülər yerli televiziya kanalları tərəfindən yayımlanır.
Hökumətin əleyhdarları əvvəlcə Gürcüstan paytaxtının müxtəlif yerlərindən yürüşlər keçirib və ənənəvi olaraq parlament binası yaxınlığında Rustaveli prospektində toplaşıblar.
Mitinqə paralel olaraq Gürcüstanın 1918-ci ildə müstəqillik əldə etməsi mövzusunda müxtəlif tamaşalar keçirilir. Nümayişçilər parlamentin yanında yerləşən Tələbə və Gənclər Sarayının qarşısında Müstəqillik Aktının nəhəng nüsxəsini asıblar. Məhz bu binada 1918-ci ildə Gürcüstanın müstəqilliyi elan edilmiş və Birinci Respublika Müəssisə Məclisinin ilk iclası keçirilmişdir.
Etirazçılar arasında Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili də görüntülənib. Onun saat 21:00-da nümayişçilərə müraciət etməsi planlaşdırılır.