Qəbələdə erkən nikahla bağlı layihəyə yekun vurulub

18:11 - 26 May 2025 - Cəmiyyət

24 may 2025-ci il tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Erkən nikah taleyimiz olmasın” adlı maarifləndirici layihə uğurla başa çatıb. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İB-nin təşkilatçılığı ilə həyata keçirilib.

İki gün davam edən tədbirlərdə erkən nikahın sosial, psixoloji və hüquqi fəsadları barədə seminarlar, təqdimatlar və interaktiv müzakirələr təşkil olunub. Ekspert Reyhan Məmmədova erkən nikahla bağlı qanunvericilik və mövcud problemlər haqqında çıxış edib. İştirakçılara maarifləndirici kitabçalar və sertifikatlar təqdim olunub.

Layihə rəhbəri Vüsalə Hümbətli bildirib ki, məqsəd gəncləri düzgün məlumatlandırmaq və cəmiyyətdə erkən nikaha qarşı maarifçilik aparmaqdır.

İştirakçılar tədbirin faydalı və maarifləndirici olduğunu qeyd edərək, bu cür təşəbbüslərin davamlı olmasının vacibliyini vurğulayıblar.

Xəbər xətti