Polşa genişmiqyaslı diviziya manevrləri keçirəcək

14:26 - 26 May 2025 - DÜNYA

Polşa NATO ilə birlikdə Rusiya-Belarus “Zapad-2025” təlimlərinə cavab olaraq son illərin ən böyük diviziya manevrlərini hazırlayır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış mətbuat konfransında bildirib.

Nazir bildirib ki, təlimlərə cavaba olaraq son illərdə ilk iri diviziya təlimlərinin hazırlanmasını əmr etmişəm - 18-ci diviziya belə təlimlər keçirəcək. 
“Biz müttəfiqlərimizlə danışırıq və işləyirik, daha ətraflı məlumat verməyəcəyəm, lakin Polşa son illərdə ən böyük diviziya təlimlərini keçirəcək”, o əlavə edib.

Xəbər xətti