Bakıda xəstəxanada faciəli hadisə baş verib.
Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu Tibb Mərkəzində qeydə alınıb.
Orada müalicə alan Bakı şəhər sakini, 17 yaşlı Sübhan Əliheydər oğlu Heydərov xəstəxananın 3-cü mərtəbəsinin pəncərəsindən düşüb.
S.Heydərovun vəziyyəti orta-ağırdır.
Hadisənin səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.