Bərdədə 8 yaşlı uşağı maşın vurdu

15:43 - 13 May 2025 - HADİSƏ

Bərdədə 8 yaşlı uşağı maşın vurub.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə Bərdə şəhərində, Sabir küçəsində qeydə alınıb. Nihad Əkbərovun idarə etdiyi "Honda" markalı minik maşını 2017-ci il təvəllüdlü R.Cəlilzadəni vurub.

Xəsarət alan azyaşlı Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onun həyati təhlükəsinin olmadığı bildirilir.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər xətti