Çeçenistanın Açxoy-Martan şəhərində yol polisi postuna hücum nəticəsində yaralanan polis əməkdaşlarından biri ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.
İstintaqın məlumatına görə, axşam saatlarında Açxoy-Martan şəhərində yerli sakin patrul xidmətinin əməkdaşlarına bıçaqla hücum edib. Aldığı xəsarətlər nəticəsində polis əməkdaşlarından biri ölüb.
Hücum edən cavab atəşi ilə zərərsizləşdirilib.