Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, ölkənin yeni konstitusiyasının mətnində Dağlıq Qarabağın adının yer aldığı Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır.
Ucnoqta.az xəbər verir ki, bunu Ermənistan parlamentində jurnalistlərlə söhbəti zamanı hökumət başçısı deyib.
“Müstəqillik Bəyannaməsinin mətnini öyrənərək dedim ki, mənim fikrimcə, söhbət ondan gedir ki, müstəqil Ermənistan Respublikası və ya Ermənistan dövlətçiliyi ola bilməz. Bu, sadəcə olaraq mümkün deyil. Əgər mən bunu deyirəmsə, bu o deməkdir ki, Ermənistanın yeni konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinadın olması lazım olduğunu deyə bilmərəm. Əksinə, deyə bilərəm ki, Ermənistanın yeni konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır. Amma buna Ermənistan xalqı qərar verəcək”, - deyən Paşinyan bunun onun siyasi mövqeyi olduğunu vurğulayıb.