Hakerlər Baş nazirin X-dəki səhifəsinə hücum ediblər

10:56 - 8 Aprel 2025 - DÜNYA

Hakerlər Çexiyanın baş naziri Petr Fialanın X sosial şəbəkəsindəki səhifəsini sındıraraq orada yanlış məlumatlar yerləşdiriblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə hökumət başçısının mətbuat katibi Lusiya Yeşatkova məlumat verib.

Yeşatkova bildirib ki, bütün təhlükəsizlik tədbirlərinə baxmayaraq, bu səhər X şəbəkəsində cənab Baş nazirin səhifəsinə hücum olub.

Məlumata görə, hakerlər baş nazirin səhifəsində Amerika tariflərinə cavab olaraq sanksiyaların hazırlanması və Rusiyanın Kalininqrad vilayətində Rusiya sərhədi yaxınlığında beynəlxalq qüvvələrin tərkibində Pribaltikada yerləşdirilmiş Rusiya ordusunun hücumuna məruz qaldığı iddia edilən çex bölmələri barədə yalan məlumatlar yerləşdiriblər. Hökumət başçısının mətbuat katibi bu xəbərləri təkzib edib.

Yalan iddiaların video ilə müşayiət olunduğu bildirilir. Onlar bir neçə dəqiqə Baş nazirin X səhifəsində olublar.

Xəbər xətti