Amerikanın bir neçə iri "MQ-4C Triton" pilotsuz kəşfiyyat təyyarəsi Yaponiyanın cənubundakı Okinava adasındakı ABŞ Hərbi Hava Qüvvələri bazasında daimi yerləşdiriləcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Qeyd olunur ki, bu, Şərqi Çin dənizindəki uzaq Yapon adaları ərazisində məlumat toplamaq qabiliyyətini gücləndirmək məqsədi daşıyır.
MQ-4C Triton dronları artıq keçən ilin may ayından oktyabr ayına qədər Okinavaya yerləşdirilib və əsasən Tayvan ərazisində fəaliyyət göstərirdi.
Onlar həmçinin müvəqqəti olaraq Yaponiyanın şimalındakı ABŞ Hərbi Hava Qüvvələrinin Misawa bazasına köçürülüblər.