Yaponiya ABŞ-ın tariflərinə cavab vermək niyyətində deyil

08:15 - 8 Aprel 2025 - DÜNYA

Yaponiyanın baş naziri Şiqeru İşiba ABŞ-ın rüsumlarına cavab olaraq hər hansı cavab tədbiri görmək niyyətində deyil və problemi sərt danışıqlar yolu ilə həll etməyə sadiqdir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kyodo agentliyi hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Bununla əlaqədar, Baş nazir İşiba, Tokiodakı iqamətgahında ABŞ-ın tətbiq etdiyi artan ticarət tarifləri ilə bağlı tədbirlər hazırlamaq üçün birgə qərargahın ilk iclasını keçirib. 

O, həmçinin İqtisadiyyatın bərpası naziri Ryosey Akazavanı hökumətin Vaşinqtonla danışıqlar üzrə xüsusi nümayəndəsi təyin edib.

Agentliyin məlumatına görə, qərargahın bütün kabinet üzvlərinin iştirakı ilə keçirilən iclasında baş nazir vurğulayıb ki, o, diplomatik vasitələrlə Vaşinqtonun Yaponiyanın bütün ixrac mallarına tətbiq etdiyi artırılmış rüsumlara yenidən baxmağa çalışacaq.

Xəbər xətti