Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Ucnoqta.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 27-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
“Kəpəz” – “Qarabağ” oyunu bitdikdən sonra “Qarabağ”ın azarkeşləri pirotexniki vasitədən istifadə edildiyinə görə klub 1500 manat cərimələnib.
“Sabah” – “Zirə” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Sabah” 500 manat cərimə edilib.