ABŞ Dövlət Departamenti ABŞ-ın Cənubi Afrikaya yardımının əhəmiyyətli bir hissəsinin dərhal dayandırılmasını əmr edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti dövlət katibi Marko Rubionun imzaladığı məktuba istinadən yazır.
Məktubda deyilir ki, bütün bürolar, ofislər və missiyalar Cənubi Afrikaya yardım və ya yardım paylamaq üçün bütün öhdəlikləri dayandırmalıdır.
ABŞ prezidenti Donald Trampın 7 fevral tarixli sərəncamı Cənubi Afrikanı respublikanın ağdərili əhalisinə qarşı “irqi ayrı-seçkilik”də ittiham edir.