Sabahdan Kanada və Meksikadan gələn mallara rüsumlar tətbiq ediləcək - Tramp

00:17 - 4 Mart 2025 - DÜNYA

ABŞ administrasiyası martın 4-dən Kanada və Meksikadan gələn məhsullara 25%-lik gömrük rüsumları tətbiq edəcək.

Ucnoqta.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Çox vacib olan odur ki, sabah Kanadada 25%, Meksikada 25% tariflər olacaq və bu, yalnız başlanğıcdır. Beləliklə, onlar tarifləri ödəməli olacaqlar. Açığını desəm, onların edə biləcəyi yeganə şey ABŞ-da öz avtomobil zavodlarını və digər obyektlərini tikməkdir, bu halda onların tarifləri olmayacaq”, - dövlət başçısı təsdiqləyib.

Xəbər xətti