Saatda 180 km-ə çatan güclü külək və leysan yağışlarla müşayiət olunan güclü tropik “Onde” siklonu Madaqaskarda 3 nəfərin həyatına son qoyub, 43 mindən çox insan zərər çəkib.
Ucnoqta.az xəbər verir ki, bu barədə L'Express de Madagascar portalı ölkənin Risk və Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Bürosuna istinadən məlumat yayıb.
Madaqaskarın cənubundakı Ampanihy bölgəsində təbii fəlakət nəticəsində dağılan binaların dağıntıları altında ikisi uşaq olmaqla üç nəfər ölüb.
Ümumilikdə 7248 yaşayış binası su altında qalıb, daha 3000-i tamamilə və ya qismən dağılıb, 43.235 nəfər xəsarət alıb, onlardan 20.000-i evlərini tərk etmək məcburiyyətində qalıb.