İsrail hərbi əməliyyatları bərpa edə bilər

05:42 - 3 Mart 2025 - DÜNYA

Fələstinin radikal "HƏMAS" hərəkatı atəşkəs razılaşmasının birinci mərhələsini uzatmaqdan və bütün girovları azad etməkdən imtina edərsə, İsrail son çarə kimi Qəzza zolağında döyüşləri bərpa etməyi planlaşdırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.

Məlumata görə, İsrail tərəfi HƏMAS-a qarşı təzyiqləri mərhələli şəkildə artırmaqla zolağa humanitar yardımın daxil olmasını dayandırmaq niyyətindədir.
İsrail bundan sonra Qəzza əhalisinin şimaldan cənuba təxliyyə ediləcəyini elan edə və lazım gələrsə, Fələstin anklavına elektrik enerjisinin verilməsini tamamilə kəsə bilər.
 Kan qeyd edir ki, sonuncu planlaşdırılan tədbir ABŞ tərəfindən təchiz edilmiş daha ağır silahlardan istifadə etməklə döyüş əməliyyatlarına qayıtmaqdır.

Xəbər xətti