AFFA "Neftçi"ni cərimələdi

17:26 - 3 Mart 2025 - İDMAN

AFFA İntizam Komitəsi "Zirə" və "Neftçi" klublarını cərimələyib.

Ucnoqta.az xəbər verir ki, paytaxt təmsilçiləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda yaşananlara görə ziyana düşüblər.

"Zirə" beş üzvü "Araz-Naxçıvan"la oyunda (0:2) sarı vərəqə aldığı üçün 700 manat, azarkeşlərin hakimlərin ünvanına təhqiramiz ifadələr işlətməsi ucbatından (cari mövsümdə ikinci dəfə yaşanır) 500 manat ödəyəcək.

"Kəpəz"lə oyunda (1:0) qırmızı vərəqə alan "Neftçi"nin hücumçusu Bassalu Sambu iki oyunluq cəzalanıb, "Neftçi"yə isə 1500 manatlıq cərimə tətbiq edilib.

Xəbər xətti