Bakının Yasamal rayonunda yerləşən "VMF Continental" mağazasından oğurluqda ittiham olunan Zhang Guomin və Liu Bo-nun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Ucnoqta.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi illə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra hakimlər təqsirləndirilənlərə hüquq və vəzifələrini izah ediblər. Onlar tərcüməçi ilə təmin olunublar.
Məhkəmə baxışı martın 12-ə təyin edilib.
İttihama görə, onlar Yasamal rayonunda yerləşən "VMF Continental" mağazasından 330 min manat dəyərində olan " Breguet" markalı qol saatını gizli yolla oğurlayıblar.
Zhang Guomin və Liu Bo Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham olunurlar.
Qeyd edək ki, mətbuatda yazılan məlumatlara görə, "VMF Continental" mağazası ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayevə məxsusdur