Bakıda 74 yaşlı şəxsin evində xeyli silah-sursat tapıldı -

13:33 - 3 Mart 2025 - HADİSƏ

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, Nərimanov Rayon Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə paytaxt sakini 74 yaşlı V.Usolsevin rayon ərazisində yerləşən evində odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub.

Həmin şəxs polislər tərəfindən saxlanılıb. Onun ünvanından 1 “Kalaşnikov” avtomatı, 2 tüfəng, 1 tapança və 153 ədəd patron aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər xətti