Çinlilər Vahid Mustafayevin mağazasından 300 minlik saat oğurlayıb - MƏHKƏMƏ

14:43 - 3 Mart 2025 - Xəbər

Bakının Yasamal rayonunda yerləşən "VMF Continental" mağazasından oğurluqda ittiham olunan Zhang Guomin və Liu Bo-nun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Ucnoqta.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi illə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra hakimlər təqsirləndirilənlərə hüquq və vəzifələrini izah ediblər. Onlar tərcüməçi ilə təmin olunublar.

Məhkəmə baxışı martın 12-ə təyin edilib.

İttihama görə, onlar Yasamal rayonunda yerləşən "VMF Continental" mağazasından 330 min manat dəyərində olan " Breguet" markalı qol saatını gizli yolla oğurlayıblar.

Zhang Guomin və Liu Bo Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham olunurlar.

Qeyd edək ki, mətbuatda yazılan məlumatlara görə, "VMF Continental" mağazası ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayevə məxsusdur

Xəbər xətti