Ağciyər xəstələrinin havanın daha təmiz olduğunu düşünərək yüksək dağlıq bölgələrə getməyə meylli olduğuna diqqət çəkən mütəxəssislər, bu seçimin hər zaman doğru olmadığını vurğulayırlar.
Ucnoqta.az xəbər verir ki, ağciyər xəstəlikləri üzrə həkim Dr.Olcay Ayçiçek yüksəklik artdıqca atmosferdəki oksigen miqdarının və oksigen təzyiqinin azaldığını və bu vəziyyətin xüsusilə xroniki tənəffüs yolu xəstəlikləri olan şəxslər üçün risk yaratdığını bildirib.
Ayçişek dəniz səviyyəsinin ağciyər xəstələri üçün daha uyğun olduğunu qeyd edir. "Ağciyər xəstələri yüksək yerlərdə havanın daha təmiz olduğunu düşünərək bu bölgələrə getməyə meyllidirlər. Ancaq yüksəklik artdıqca atmosferdəki oksigen miqdarı və oksigen təzyiqi azalır.
Oksigen təzyiqi dəniz səviyyəsində ən yüksək səviyyədədir. Bu səbəbdən dəniz səviyyəsi aşağı oksigenlə irəliləyən ağciyər xəstəlikləri olan fərdlər üçün daha uyğundur".
Normal oksigen səviyyəsinə malik şəxslərin yüksək dağlara getməsinin heç bir zərəri yoxdur.
Çünki hündürlük artdıqca oksigen səviyyəsi azalır və ən yüksək oksigen səviyyəsi dəniz səviyyəsində olur.
Ona görə də dəniz səviyyəsi belə xəstələr üçün həm daha münasib, həm də daha sağlamdır.
Normal oksigen səviyyəsi olan xəstələr sağlam insanlar kimi asanlıqla yaylalara gedə bilirlər. Bununla bağlı konkret yaş meyarı yoxdur.