Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Sərəncamı ilə Elnur Kazımova “general-mayor” ali hərbi rütbəsi verilib.
Ucnoqta.az xəbər verir ki, Elnur Kazımov Müdafiə Nazirliyinin Katibliyinin rəisidir. O, 2022-ci ilədək hərbi prokurorun müavini olub. 2022-ci ildə müdafiə naziri Zakir Həsənovun əmri ilə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi təyin edilib.
2024-cü ildə nazirin əmri ilə polkovnik Elnur Kazımov Katibliyin rəisi təyin edilib.
Qeyd edək ki, Elnur Kazımov Ədliyyə general-mayoru Rasim Kazımovun qardaşıdır.