İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif iqtisadiyyat və maliyyə naziri Abdolnasser Hemmatinin impiçmentindən sonra istefa verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Fars” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, vitse-prezident öz xahişini İran Məclisinin (birpalatalı parlament) iclasından sonra verib.
Qeyd olunur ki, prezident Məsud Pezeşkian hələ Zərifin bəyanatını qəbul etməyib.