Böyük Britaniyanın baş naziri Kir Starmer krallığın müdafiə büdcəsini ÜDM-in 2,3%-dən 2,5%-ə qədər dərhal artıracağını elan etməyə hazırlaşır.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Sun” qəzeti məlumat yayıb.
Məlumata görə, müdafiə xərclərini artırmaq üçün London digər ölkələrə ayrılan maliyyə yardımının həcmini kəskin şəkildə azaldacaq.
Qeyd olunur ki, belə bir addım fevralın 27-də Vaşinqtonda Starmerin ABŞ prezidenti Donald Trampla görüşü ərəfəsində yeni Amerika administrasiyasını sakitləşdirmək məqsədi daşıyır.