ABŞ administrasiyası ABŞ prezidenti Donald Trampla Rusiya və Ukrayna liderləri Vladimir Putin və Volodimir Zelenski arasında görüşlərin yaxın gələcəkdə baş tutacağına ümid edir
Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Kerolayn Levitt bildirib.
“Biz gözləyirik ki, bu görüşlər çox tezliklə baş tutacaq, xüsusən də prezident Zelenski ilə”, -o, deyib.
Levitt qeyd edib ki, Tramp Kiyevə yardım üçün xərclənən pulu Amerika vergi ödəyicilərinə qaytarmaq üçün Zelenski ilə mineral işlənmə sazişi imzalamağa çalışır.
"O, prezident Zelenskinin bu sazişi imzalamasını gözləyir. Amerika vergi ödəyicilərinin Ukraynanın müdafiəsinə yüz milyardlarla dollar sərmayə qoyduğunu nəzərə alsaq, bu, doğrudur. Amerika xalqı olmasaydı, Ukrayna artıq bir ölkə kimi mövcud olmayacaqdı. Prezident Tramp bunu bilir, o, Amerika xalqına layiq olduqlarını verir”, - Ağ Evin sözçüsü bildirib.