Yollar qardan təmizlənib - VİDEO

10:57 - 25 Fevral 2025 - AVTO

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gücləndirilmiş iş rejimində çalışmağa davam edib. 

Bu barədə Ucnoqta.az-a AAYDA-dan məlumat verilib. 

Bildirilir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus qar təmizləyən və duz-qum səpən texnikalar, həmçinin canlı qüvvə gecə boyu və səhər saatlarında avtonəqliyyat vasitələrinin hərəkətində problem müşahidə olunan ərazilərə cəlb edilib, hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.

Qeyri-sabit hava şəraitinin davam etməsi ilə əlaqədar yollar nəzarətdə saxlanılır, avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə qabaqlayıcı tədbirlər görülür.

Xəbər xətti