Buenos-Ayres bölgəsindəki La Plata çayının mənsəbinə axan Sarandi kanalındakı su parlaq qırmızıya çevrilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Buenos Aires Times” qəzeti yazır.
Əyalət Ətraf Mühit Nazirliyi rəngsizləşməyə nəyin səbəb olduğunu müəyyən etmək üçün su nümunələri götürüb.
İdarə hesab edir ki, çirklənməyə hansısa “üzvi piqment” səbəb ola bilər.
Qeyd edək ki, kanal çoxlu sayda toxuculuq fabriki və dəri zavodlarının yerləşdiyi ərazidən axır.