BMT-nin iqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsi üçün yaradılan Dövlət Komissiyasının sədri dəyişib.
Ucnoqta.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Bu vəzifədə Baş nazirin sabiq müavini Əli Əhmədovu Baş nazirin müavini Samir Şərifov əvəzləyib.