Prezidentin nazir təyin etdiyi Anar Əliyev kimdir? - DOSYE

15:43 - 7 Fevral 2025 - Cəmiyyət

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevinin sərəncamı ilə Anar Rəhim oğlu Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

Ucnoqta.az xəbər verir ki, A.Əliyev 1980-ci ildə Bakı şəhərində anadan olub.

2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsinin bakalavr pilləsini bitirib.
2002-ci ildə magistr pilləsini başa vuraraq magistr dərəcəsi, 2006-cı ildə isə fəlsəfə doktoru dərəcəsi alıb.

2000-2006-cı illərdə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclasının katibi olub.

2006-2008-cı illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi, 2008-2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Dövlət başçısının 3 fevral 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının 2018-ci ilə qədər üzvü olub.

2018-ci ildə dövlət başçısının sərəncamı ilə Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin olunub.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var.

Xəbər xətti