Azərbaycanda yağların qiyməti artıb - Video

08:52 - 7 Fevral 2025 - ÖLKƏ İÇİ

Son aylarda yağların qiymətində artım müşahidə olunur. İstər kərə, istərsə də duru yağlarda bahalaşma var. Məsələn, 1-2 ay əvvəl 19 manat 30 qəpiyə təklif edilən 1 kiloqramlıq kərə yağı hazırda 22 manat 90 qəpikdir.

Satıcıların sözlərinə görə, təkcə yanvar ayı ərzində qiymətlər 5-6 faiz artıb.  

Paytaxt sakinləri qiymətlərdən narazılıq edirlər.

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, dünya ərzaq təşkilatının qiymət indeksinə nəzər saldıqda məlum olur ki,  ötən ilin dekabrı xaricində 14 ay ərzində yağların qiymətində artım müşahidə olunub.

Xaliq Kərimli bildirir ki, son bir il ərzində ümumilikdə yağlar 30 faizə qədər bahalaşıb.

Proqnozlara əsasən qiymətlərin hələ bir müddət stabil qalması gözlənilir.  

Ucnoqta.az-ın məlumatına görə, Azərbaycandan Rusiyaya kərə yağı ixracı demək olar ki, dörd dəfə artıb. Belə ki, 2025-ci ilin yanvar ayında bu ölkədən 940 ton, 2024-cü ilin eyni dövründə isə 240 ton tədarük edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər xətti