ABŞ dörd il ərzində hərbi sənaye kompleksinə 1,3 trilyon dollar sərmayə qoyub

00:11 - 14 Yanvar 2025 - DÜNYA

ABŞ administrasiyası hərbi təchizat və inkişafa rekord məbləğdə 1,3 trilyon dollar sərmayə qoyub.

Ucnoqta.az xəbər verir ki. bunu ABŞ-ın hazırkı prezidenti Co Bayden bəyan edib və bildirib ki, bu, Soyuq Müharibə dövründə istənilən analoji dövrdə bu məqsədlər üçün xərclənən vəsaitdən çoxdur.

“Biz həmçinin müdafiə sənayesi bazamızı əhəmiyyətli dərəcədə gücləndirmişik, tədarük, tədqiqat və inkişafa təxminən 1,3 trilyon dollar sərmayə qoymuşuq” -Bayden bazar ertəsi Dövlət Departamentində hakimiyyətin Vaşinqton administrasiyasının növbəti rəhbəri Donald Trampa təhvil verilməsi ərəfəsində xarici siyasətlə bağlı vida nitqini söyləyərkən deyib.

"Bu, Amerikanın Soyuq Müharibə dövründə hər hansı dörd illik dövrdə verdiyi töhfədən çoxdur" -Bayden bildirib.

Xəbər xətti