Həmas Sinvarın cəsədini tələb edir

00:08 - 14 Yanvar 2025 - DÜNYA

Fələstinin Həmas hərəkatı İsraildən 2024-cü ilin oktyabrında Qəzza zolağında öldürülən radikal lider Yəhya Sinvarın cəsədini geri qaytarmağı tələb edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Məlumata görə, radikallar Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində İsrailə aparılan Sinvarın cənazəsini qəbul etmək istəyirlər.
Bunun müqabilində yəhudi dövlətinin səlahiyyətliləri HƏMAS-dan 2014-cü ildə Fələstin anklavında döyüşlər zamanı öldürülən əsgər Hadar Qoldinin qalıqlarını vətəninə qaytarmağı tələb ediblər.

Xəbər xətti