Yaponiyada ölkənin üçüncü ən böyük adası Kyuşunun cənubundakı Miyazaki prefekturasının yaxınlığında baş verən 6,9 bal gücündə zəlzələdən sonra sunami xəbərdarlığı ləğv edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə seysmik xidmət funksiyalarını yerinə yetirən Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Zəlzələnin episentri adanın cənub-şərq sahillərindən 30 km dərinlikdə yerləşib.
Zəlzələdən sonra hündürlüyü 1 m-ə çatan sunami təhlükəsi elan edilib.