İsrail və Fələstin HƏMAS hərəkatı arasında Qəzza zolağında atəşkəs haqqında razılaşmanın birinci mərhələsi 1300-ə yaxın fələstinli məhbusun İsrail həbsxanalarından azad edilməsi müqabilində 33 israilli girovun azad edilməsini nəzərdə tutur.
Ucnoqta.az xəbər veirir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Məlumata görə, İsrail yaxın 24 saat ərzində HƏMAS-dan yekun cavab almağı planlaşdırır və razılaşma bir neçə gün ərzində elan edilə bilər.
İkinci mərhələdə qalan israilli girovların, o cümlədən kişi və hərbçilərin azad edilməsi planlaşdırılır. Həmçinin bu müddət ərzində ölən girovların cəsədlərinin İsrailə qaytarılması həyata keçirilməlidir.
İsrail telekanalı 12-nin məlumatına görə, saziş layihəsi Fələstin ərazilərinin idarə olunması və yenidən qurulması ilə bağlı əlavə müzakirələri ehtiva edir. İsrail rəsmiləri hələlik məsələ ilə bağlı hər hansı şərh verməyiblər.